• Azərbaycan Respublikasının Nazirlər Kabineti


  •   
  • FileName: Payments_05_ixrac_rusumlari_80_NK_ve_gomruk_yigimlari_189_NK.pdf [preview-online]
    • Abstract: Azərbaycan Respublikasının Nazirlər KabinetiAzərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrəgömrük rüsumlarının dərəcələri, gömrükrəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı

Download the ebook

Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə
gömrük rüsumlarının dərəcələri, gömrük
rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı
haqqında
Qərar № 80
Bakı şəhəri, 12 aprel 2001-ci il
«Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal
rüsumlarının dərəcələri», «Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük
rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri» və «Gömrük
rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı» təsdiq edilsin (əlavə
olunur).
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının
Siyahısı təsdiq edilsin (əlavə olunur).
3. Bu qərar 2001-ci il aprelin 16-dan qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A.RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel
2001-ci il, № 4, maddə 289) («VneshExpertService» LLC).
13 avqust 2001-ci il tarixli, 137 nömrəli; 22 avqust 2002-ci il tarixli, 138 nömrəli; 30
sentyabr 2002-ci il tarixli, 151 nömrəli; 28 oktyabr 2002-ci il tarixli, 164 nömrəli; 26
fevral 2003-cü il tarixli, 32 nömrəli; 22 aprel 2003-cü il tarixli, 55 nömrəli; 3 oktyabr
2003-cü il tarixli, 129 nömrəli; 22 dekabr 2003-cü il tarixli, 161 nömrəli; 20 aprel
2004-cü il tarixli, 58 nömrəli; 26 iyul 2006-cı il tarixli, 185 nömrəli; 27 noyabr 2007-ci
il tarixli, 189 nömrəli qərarlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli
80 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük
rüsumuna cəlb olunan malların siyahası və ixrac
rüsumlarının dərəcələri
İxrac rüsum
dərəcəsi
(gömrük
Əlavə ölçü dəyərinə %-
Kod Malların adı
vahidi lə və ya ölçü
vahidinə
görə ABŞ
dol. ilə)
I. İlkin məhsullar: dənəvər və tozşəkilli məhsullar
7201 Poladlıq və güzgü çuqunları, külçə, qəlib və digər
ilkin formalarda:
720110 -tərkibində 0,5 kütlə % və ya ondan az fosfor olan
aşqarlanmamış poladlıq çuqun:
--tərkibində 0,4 kütlə %-dən az olmayaraq manqan
olan:
720110110 ---tərkibində 1 kütlə % və ya ondan az silisium olan kq 1000 kq, 5
ABŞ dolları
720110190 ----tərkibində 1 kütlə %-dən artıq silisium olan kq 1000 kq, 5
ABŞ dolları
720110300 --tərkibində 0,1 kütlə %-dən az olmayaraq, lakin 0,4 kq 1000 kq, 5
kütlə %-dən az manqan olan ABŞ dolları
720110900 --tərkibində 0,1 kütlə %-dən az manqan olan kq 1000 kq, 5
ABŞ dolları
720120000 -tərkibində 0,5 kütlə %-dən çox fosfor olan kq 1000 kq, 5
aşqarlanmamış poladlıq çuqun ABŞ dolları
720150 -aşqarlanmış poladlıq çuqun; güzgü çuqunu:
720150100 --tərkibində 0,3 kütlə %-dən az və 1 kütlə %-dən çox kq 1000 kq, 5
olmayaraq titan və 0,5 kütlə %-dən az olmayaraq ABŞ dolları
vanadium olan
720150900 ---digərləri kq 1000 kq, 5
ABŞ dolları
7202 Ferroərintilər:
-ferromanqan:
720211 --tərkibində 2 kütlə %-dən çox karbon olan:
720211200 ---5 mm-dən böyük olmayan dənəvər şəklində və kq 1000 kq, 5
tərkibində 65 kütlə %-dən artıq manqan olan ABŞ dolları
720211800 --digərləri kq 1000 kq, 5
ABŞ dol
720219000 --digərləri kq 1000 kq, 5
ABŞ dolları
-ferrosilisium:
720221 --tərkibində 55 kütlə %-dən artıq silisium olan:
720221100 ---tərkibində 55 kütlə %-dən çox, lakin 80 kütlə %-dən kq 1000 kq, 5
çox olmayaraq silisium olan ABŞ dolları
720221900 ---tərkibində 80 kütlə %-dən çox silisium olan kq 1000 kq, 5
ABŞ dolları
720229000 --digərləri kq 1000 kq, 5
ABŞ dolları
720230000 -ferrosilikomanqan kq 1000 kq, 5
ABŞ dolları
-ferroxrom:
720241 -tərkibində 4 kütlə %-dən çox karbon olan:
720241100 ---tərkibində 4 kütlə %-dən çox, lakin 6 kütlə %-dən kq 1000 kq, 5
az karbon olan ABŞ dolları
-tərkibində 6 kütlə %-dən çox karbon olan:
720241910 ----tərkibində 60 kütlə %-dən çox olmayaraq xrom kq 1000 kq, 5
olan ABŞ dolları
720241990 ----tərkibində 60 kütlə %-dən çox xrom olan kq 1000 kq, 5
ABŞ dolları
720249 --digərləri:
720249100 ---tərkiibində 0,05 kütlə %-dən çox olmayaraq karbon kq 1000 kq, 5
olan ABŞ dolları
720249500 ---tərkibində 0,05 kütlə %-dən çox, lakin 0,5 kütlə %- kq 1000 kq, 5
dən çox olmayaraq karbon olan ABŞ dolları
720249900 ---tərkibində 0,5 kütlə %-dən çox, lakin 4 kütlə %-dən kq 1000 kq, 5
çox olmayaraq karbon olan ABŞ dolları
720250000 -ferrosilikoxrom kq 1000 kq, 5
ABŞ dolları
720260000 -ferronikel kq 1000 kq, 5
ABŞ dolları
720270000 -ferromolibden kq 1000 kq, 5
ABŞ dolları
720280000 -ferrovolfram və ferrosilikovolfram kq 1000 kq, 5
ABŞ dolları
-digərləri:
720291000 --ferrotitan və ferrosilikotitan kq 1000 kq, 5
ABŞ dolları
720292000 --ferrovanadium kq 1000 kq, 5
ABŞ dolları
720293000 --ferroniobium kq 1000 kq, 5
ABŞ dolları
720299 --digərləri:
---ferrofosfor:
720299110 ----tərkibində 3 kütlə %-dən çox, lakin 15 kütlə %-dən kq 1000 kq, 5
az olmayaraq fosfor olan ABŞ dolları
720299190 ----tərkibində 15 kütlə % və ya ondan artıq fosfor kq 1000 kq, 5
olanlar ABŞ dolları
720299300 ---ferrosilikomanqan kq 1000 kq, 5
ABŞ dolları
720299800 ----digərləri kq 1000 kq, 5
ABŞ dolları
7203 Dəmir filizinin birbaşa reduksiya məhsulları və digər
parça, yumaq və analoji formalarda olan məsaməli
dəmirlər: tərkibində 99,94 kütlə % əsas element olan
parça, yumaq və analoji formalarda olan dəmirlər:
720310000 -dəmir filizinin birbaşa reduksiya məhsulları kq 1000 kq, 5
ABŞ dolları
720390000 -digərləri kq 1000 kq, 5
ABŞ dolları
7204 Qara metal tullantıları və qırıntıları; qara metal
qırıntılarından alınmış təkrar əridilmək üçün külçələr
(xəlitə külçələri):
720410000 -tökmə çuqun tullantıları və qırıntıları kq 1000 kq, 7
ABŞ dolları
-aşqarlanmış (xüsusi) poladların tullantıları və
qırıntıları:
720421 --korroziyayadavamlı (paslanmayan) polad:
720421100 ---tərkibində 8 kütlə % və ya daha çox nikel olan kq 1000 kq, 7
ABŞ dolları
720421900 ---digərləri kq 1000 kq, 7
ABŞ dolları
720429000 --digərləri kq 1000 kq, 7
ABŞ dolları
720430000 -qalayla örtülmüş qara metal tullantıları və qırıntıları kq 1000 kq, 7
ABŞ dolları
-digər tullantı və qırıntılar:
720441 ---tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer
istehsalı tullantıları, ovuntular, kəsiklər və
ştamplanmalar, bağlamada və ya bağlamasız:
720441100 ---tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer kq 1000 kq, 5
istehsalatı tullantıları, ovuntular (kəpəklər) ABŞ dolları
---kəsik tullantıları və ştamplanmalar:
720441910 ---bağlamada kq 1000 kq, 5
ABŞ dolları
720441990 ----digərləri kq 1000 kq, 5
ABŞ dolları
720449 --digərləri:
720449100 ---xırdalanmış (kəsilmiş) kq 1000 kq, 5
ABŞ dolları
---digərləri:
720449300 ---bağlamada kq 1000 kq, 5
ABŞ dolları
----digərləri:
720449910 -----sortlaşdırılmamış kq 1000 kq, 5
ABŞ dolları
720449990 ----digərləri kq 1000 kq, 5
ABŞ dolları
720450 -təkrar ərinti üçün külçələr (xəlitə ərintiləri):
720450100 --aşqarlanmış (xüsusi) poladdan kq 1000 kq, 5
ABŞ dolları
720450900 --digərləri kq 1000 kq, 5
ABŞ dolları
7205 Poladlıq və güzgü çuqunlarından və qara metallardan
dənə və tozlar:
720510000 -dənələr kq 1000 kq, 5
ABŞ dolları
-tozlar:
720521000 --aşqarlanmış poladdan kq 1000 kq, 5
ABŞ dolları
720529000 --digərləri kq 1000 kq, 5
ABŞ dolları
720610000 -külçələr kq 1000 kq, 5
ABŞ dolları
Qrup 74 Mis və mis məmulatları kq 1000 kq, 15
ABŞ dolları.
7601 Emal olunmamış alüminium:
760110000 -aşqarlanmamış alüminium kq 1000 kq, 15
ABŞ dolları
760120 -alüminium ərintiləri:
760120100 --ilkin kq 1000 kq, 15
ABŞ dolları
--təkrar:
760120910 --külçə və ya maye halında kq 1000 kq, 15
ABŞ dol
760120990 --digərləri kq 1000 kq, 15
ABŞ dolları
760200 Alüminium tullantıları və qırıntıları:
-tullantılar:
760200110 --tokar yonqarları, kəsiklər, yonqar qırıqları, frezer kq 1000 kq, 15
istehsalı yonqarları, kəpəklər və kəsiklərin tullantıları; ABŞ dolları
qalınlığı 0,2 mm-dən çox olmayan rənglənmiş metala
tutulmuş və bərkidilmiş vərəqlərin və folqaların (əsas
hesaba alınmadan) tullantıları
760200190 --digərləri (çıxdaş məmulatlar da daxil olmaqla) kq 1000 kq, 15
ABŞ dolları
760200900 -qırıntı kq 1000 kq, 15
ABŞ dolları
7603 Alüminium tozları və pulcuqları:
760310000 -laysız quruluşlu tozlar kq 1000 kq, 15
ABŞ dolları
760320000 -laylı quruluşlu tozlar; pulcuqlar kq 1000 kq, 15
ABŞ dolları
Qrup 78 -Qurğuşun və ondan olan məmulatlar kq 1000 kq, 15
ABŞ dolları
Qrup 79 -Sink və ondan hazırlanan məmulatlar kq 1000 kq, 15
ABŞ dolları
Qrup 80 -Qalay və ondan hazırlanan məmulatlar kq 1000 kq, 15
ABŞ dolları
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli,
80 nömrəli qərarına
əlavə
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2007-ci il 27 noyabr tarixli,
189 nömrəli qərarı ilə
təsdiq edilmiş mətndə
Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının
miqdarı
1. Mal qismində Azərbaycan Respublikasının gömrük sərhədindən nəqliyyat vasitələri də
daxil olmaqla keçirilən (o cümlədən müşayiət olunmayan baqajda və beynəlxalq poçt
göndərişlərində) malların, habelə Azərbaycan Respublikasının Milli Bankı tərəfindən
xarici ölkədə sifariş verməklə (hazırlanmasına, gətirilməsinə, sığortalanmasına və sairə
çəkilən xərclər nəzərə alınmaqla) gətirilən milli valyutanın gömrük rəsmiləşdirilməsi
üçün hər bir yük gömrük bəyannaməsinə və ya gömrük mədaxil orderinə görə malın
gömrük dəyərindən asılı olaraq aşağıdakı qaydada gömrük yığımları alınır:
 gömrük dəyəri 1000 manata qədər olduqda 10,0 manat;
 gömrük dəyəri 1001 manatdan 10000 manata qədər olduqda 50 manat;
 gömrük dəyəri 10001 manatdan 100000 manata qədər olduqda 100 manat;
 gömrük dəyəri 100001 manatdan yuxarı olduqda isə 275 manat.
2. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə xarici neft şirkətləri arasında
hasilatın pay bölgüsü haqqında sazişlərə əsasən mənfəət karbohidrogenlərinin neft
kəməri vasitəsi ilə ixracı, habelə dövlət zəmanətli kreditlər hesabına alınmış uçuş
aparatlarının, pasport və şəxsiyyət vəsiqələri blanklarının, həmçinin, ixrac məqsədli neft-
qaz fəaliyyəti ilə bağlı avadanlıq və materialların gömrük rəsmiləşdirilməsi zamanı hər
bir yük gömrük bəyannaməsi üçün malın dəyərindən asılı olmayaraq, 275 manat
miqdarında gömrük yığımları alınır.
Hasilatın pay bölgüsü haqqında sazişlərin icrası ilə bağlı Azərbaycan Respublikasının
gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, o cümlədən mənfəət
karbohidrogenlərinin gömrük rəsmiləşdirilməsinə görə bu sazişlərin müvafiq müddəaları
ilə müəyyən edilmiş miqdarda gömrük yığımları alınır.
3. Gömrük yük bəyannaməsinin hər bir əlavə vərəqi üçün sövdələşmə xarakterindən asılı
olmayaraq, 10 manat miqdarında gömrük yığımı alınır.
4. Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit gömrük rejimi altında
keçirilən malların gömrük rəsmiləşdirilməsinə 30 manat, hər əlavə tranzit yük
bəyannamələri üçün isə 10 manat miqdarında gömrük yığımları alınır.
5. Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən (o cümlədən müvəqqəti
gətirilən) nəqliyyat vasitələrinin qeydə alınması üçün vəsiqə verilməsinə görə:
5.1. yük və minik avtomobilləri, mikroavtobus və avtobuslar üçün — 20 manat;
5.2. digər nəqliyyat vasitələri üçün — 15 manat miqdarında gömrük yığımı alınır.
6. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikası gömrük orqanlarının iş
vaxtından kənar vaxtda və ya iş yerindən kənarda rəsmiləşdirilməsinə görə gömrük
yığımları ikiqat miqdarda alınır.
7. Aşağıdakı hallarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və
nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmır:
7.1. qrant haqqında müqaviləyə (qərara) əsasən qrant kimi alınan maddi
yardımlar;
7.2. humanitar yardımlar;
7.3. texniki yardımlar;
7.4. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik
nümayəndəliklərin rəsmi və onların heyət üzvlərinin şəxsi istifadəsi üçün keçirilən
mallar və nəqliyyat vasitələri;
7.5. elektrik enerjisinin qarşılıqlı ötürülməsi;
7.6. fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə
tutulmayan, ümumi dəyəri 1000 ABŞ dollarına ekvivalent və ya çəkisi 50 kq-dan
artıq olmayan mallar;
7.7. istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, beynəlxalq poçt
göndərişlərində ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kq-
dan artıq olmayan mallar;
7.8. qeyri-rezident fiziki şəxslər (şəxsiyyəti təsdiq edən sənəddə iki təqvim ilindən
yuxarı xarici ölkədə yaşadığı barədə müvafiq qeydlər olduqda) daimi yaşayış
məqsədi ilə Azərbaycan Respublikasına köçüb gələrkən (və ya rezident fiziki
şəxslər Azərbaycan Respublikasından köçüb gedərkən) 20.000 ABŞ dollarına
ekvivalent dəyər həcmində ailə üçün zəruri olan məişət əşyalarını özləri ilə
gömrük sərhədindən keçirərək, gömrük orqanlarına bəyan etməklə, müşayiət
olunan baqajla və ya müşayiət olunmayan baqajla gətirildikdə (aparıldıqda);
7.9. zəruri ehtiyacların ödənilməsi üçün şəxsi əşyalar gömrük qaydalarına əməl
etməklə, müvəqqəti olaraq gətirildikdə (aparıldıqda);
7.10. açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş malları (gətirilməsi və
aparılması qadağan edilmiş mallardan başqa) Azərbaycan Respublikasının
gömrük sərhədindən keçirildikdə.
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 12 aprel tarixli
80 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş bəzi qərarlarının
Siyahısı
1. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarının 1-ci, 3-cü, 5-ci və 7-10-cu bəndləri, 4-cü bəndinin 4.1—4.2
yarımbəndləri;
2. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 27 fevral tarixli 25 nömrəli qərarının 1-ci
bəndinin 2-ci, 4—6-cı, 9—10-cu və 12—18-ci abzasları;
3. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və
əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 25
may tarixli 94 nömrəli qərarının 2-ci bəndinin 3—4-cü abzasları;
4. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarına əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 6 iyul tarixli 112 nömrəli qərarı;
5. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi
haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 avqust tarixli 138
nömrəli qərarının 1-ci bəndi;
6. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 7 sentyabr tarixli 164 nömrəli qərarı;
7. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarına əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 25 sentyabr tarixli 173 nömrəli qərarı;
8. «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının
dərəcələri haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel
tarixli 91 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 sentyabr tarixli 174 nömrəli qərarı;
9. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 26 oktyabr tarixli 195
nömrəli qərarının 1-ci bəndi;
10. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr edilməsi
barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 7 mart tarixli 62
nömrəli qərarının 1-ci bəndi.
© VneshExpertService LLC


Use: 0.2167